İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə prezident seçkilərinin tarixi ilə bağlı iddialara AÇIQLAMA

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik ölkədə prezident seçkiləri təqvimində heç bir dəyişiklik olmadığını deyib.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, bundan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkədə növbədənkənar seçkilər keçirmək niyyətində olması ilə bağlı məlumatlar yayılmışdı.

"Seçki təqvimində heç bir dəyişiklik yoxdur. Seçkilər vaxtında keçiriləcək", - Çelik bildirib.

Xatırladaq ki, Türkiyədə növbəti prezident seçkiləri 2023-cü il iyunun 18-nə təyin edilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR