İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə İstanbul meriyasına hücum: Saxlanılanlar var

İstanbulun Saraçhane rayonunda icazəsiz nümayiş təşkil edən bir qrup şəxs polisə hücum edib. Ankarada isə üzləri maskalı şəxslərin balta və dəyənəklərlə hücumu zamanı bir polis yaralanıb.

Bu barədə "TRT Haber" məlumat yayıb.

Bildirilir ki, bəzi şəxslər polis dəstələrinə fişəng və daşla hücum ediblər. Bir qrup təxribatçı isə İstanbul meriyasının binasına daxil olub.

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya "X" sosial şəbəkə hesabında məlumat verib ki, ötən gecə Türkiyənin müxtəlif şəhərlərində icazəsiz keçirilmiş aksiyalar zamanı 323 şübhəli saxlanılıb. (Oxu.Az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Mart 2025

BÜTÜN XƏBƏRLƏR