Onlayn ictimai-siyasi qəzet
"Nilüfer" voleybol klubunun üzvü Pilar Mari Viktoriya Lopez Türkiyədə yaşadığı mənzildə ölü tapılıb.
Musavat.com publika.az-a istinadən xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Pilar klubunun səhər məşqində iştirak etməyib. Voleybolçu ilə əlaqə saxlamaq mümkün olmayanda klub rəhbərliyi onun axtarışı üçün yaşadığı ünvana texniki heyət göndərib. Nəticədə idmançının həyat əlaməti olmayan cəsədi çarpayısında aşkar edilib.
28 yaşlı puerto-rikolu voleybolçunun ölümünün dəqiq səbəbi hələlik məlum deyil. Bunu məhkəmə-tibbi ekspertizası müəyyən edəcək.
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ