İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə hakim partiyadan olan deputatı öldürmək istəyən şəxslər tutulub

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasından (AK Parti) olan millət vəkili İbrahim Halil Yıldıza qarşı sui-qəsd hazırlayan iki nəfər tutulub.

“Report” “A Haber”ə istinadən xəbər verir ki, həmin şəxslər PKK\YPG terror qruplaşmasının üzvləridir.

Lakin onların adları açıqlanmayıb.

Saxlanılan şəxslər deputatı öldürməyi planlaşdırdıqlarını etiraf ediblər.

Türkiyə Böyük Millət Məclisində Şanlıurfanı təmsil edən İ.H.Yıldız bundan əvvəl də həyatına sui-qəsd cəhdlərinin olduğunu bildirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR