Onlayn ictimai-siyasi qəzet
Türkiyənin Çorum şəhərində 35 yaşlı H.C. qəhvəxanada silahlı hücum törədib.
Musavat.com xəbər verir ki, hadisə yerli vaxtla saat 22:00 radələrində baş verib. Bildirilir ki, hücum zamanı şübhəlinin ov tüfəngi ilə açdığı atəş nəticəsində 5 nəfər xəsarət alıb, onlardan ikisinin vəziyyəti ağırdır.
Hadisə yerinə dərhal polis əməkdaşları və təcili tibbi yardım briqadaları cəlb edilib. Yaralılar şəhərdəki müxtəlif xəstəxanalara yerləşdirilib, həkimlər iki nəfərin vəziyyətinin kritik olduğunu açıqlayıb.
Polis silahlı şəxsin tutulması üçün genişmiqyaslı əməliyyata başlayıb. Hadisə ilə bağlı araşdırmalar davam edir. Türkiyənin Çorum şəhərində 35 yaşlı H.C. qəhvəxanada silahlı hücum törədib.
Məlumata görə, hadisə yerli vaxtla saat 22:00 radələrində baş verib. Bildirilir ki, hücum zamanı şübhəlinin ov tüfəngi ilə açdığı atəş nəticəsində 5 nəfər xəsarət alıb, onlardan ikisinin vəziyyəti ağırdır.
Hadisə yerinə dərhal polis əməkdaşları və təcili tibbi yardım briqadaları cəlb edilib. Yaralılar şəhərdəki müxtəlif xəstəxanalara yerləşdirilib, həkimlər iki nəfərin vəziyyətinin kritik olduğunu açıqlayıb.
Polis silahlı şəxsin tutulması üçün genişmiqyaslı əməliyyata başlayıb. Hadisə ilə bağlı araşdırmalar davam edir.
09 Mart 2025
08 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ