İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə diplomu ləğv edilənlər arasında Cahangir bəy Kazımbəylinin nəvəsi da var - ŞOK FAKT  

Məlum olduğu kimi İstanbul Universitetinin apardığı araşdırma nəticəsində “qanunsuzluq” aşkarlanıb və bununla əlaqədar olaraq, Əkrəm İmamoğlu da daxil olmaqla bir çox şəxsin diplomları ləğv edilib.

Onların arasında Bilkent Universitetindən keçid edən professor, doktor Lalə Kazımbəylinin diplomları da var.

Musavat.com bildirir ki, Türkiyənin tanınmış professorlarından biri olan Lalə Kazımbəyli məşhur Kazımbəyli nəslindəndir. O, Azərbaycan Demokratik Respublikasında ordu zabiti, Gəncə alayında briqada komandiri, Azərbaycanın sovetləşməsinə etiraz əlaməti olaraq Gəncədə başlayan üsyanın rəhbərlərindən biri Cahangir bəy Kazımbəyli və Fətəli xan Xoyskinin qardaşı Hüseynqulu xan Xoyskinin qızı Valiyə xanımın doğma nəvəsidir.

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Mart 2025

BÜTÜN XƏBƏRLƏR