Onlayn ictimai-siyasi qəzet
Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan, Qazaxıstan Baş Nazirinin müavini və Xarici İşlər Naziri Murat Nurtleu ilə Səudiyyə Ərəbistanının Ciddə şəhərində görüşüb.
Musavat.com xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkəsində yayımladığı məlumata görə, görüş İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Fövqəladə Xarici İşlər Nazirləri Şurası iclası çərçivəsində baş tutub.
Görüş zamanı iki ölkə arasındakı münasibətlər və regional məsələlər müzakirə edilib.
Mənbə: https://www.cgtnturk.com/bakan-fidan-kazakistanli-mevkidasi-nurtleu-ile-gorustu
Musavat.com
ŞƏRHLƏRŞƏRH YAZ