Onlayn ictimai-siyasi qəzet
“Bəzi Avropa ölkələri, o cümlədən Fransa Ukraynaya sülhməramlı göndərmək barədə danışıb”.
“Report” xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz “Habertürk”ün efirində deyib.
O bildirib ki, hələ bu barədə konkret mövqe yoxdur: “Amma Fransada toplantı keçiriləcək. Həmin iclasda Türkiyəni mən təmsil edəcəyəm. Hər kəs məsələ ilə bağlı öz mövqeyini deyəcək”.
C. Yılmaz qeyd edib ki, Türkiyə Rusiya ilə Ukrayna arasında balanslı mövqe qoruyan nadir dövlətlərdən biridir:
“Biz hər iki tərəflə münasibətlərimizi qoruyur, eyni zamanda Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik. Türkiyə münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır. Müharibənin ən yaxın gələcəkdə bitməsi bütün regionun və dünyanın xeyrinədir”.
27 Mart 2025
26 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ