İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə “TAYFUN” raketinin ikinci sınağını uğurla həyata keçirib - ANBAAN VİDEO

Türkiyənin indiyə qədərki ən uzun mənzilli raketi olan Tayfunun yeni sınaq buraxılışı Rizədə həyata keçirilib.

Musavat.com xəbər verir ki, problemsiz tamamlanan sınaq atışı ilə bağlı Türkiyə Prezident Administrasiyası Müdafiə Sənayesi İdarəsinin rəhbəri açıqlama verib.

“Başda ROKETSAN olmaqla, əməyi keçən hər kəsi təbrik edirəm”,-deyə İsmail Demir bildirib.

Məlumata görə, Rizə-Artvin hava limanı ətrafında sınaq atışlarından əvvəl geniş təhlükəsizlik tədbirləri görülüb. Saat 06:44-də bölgədən “Tayfun” qısa mənzilli ballistik raket sisteminin sınaq atışı həyata keçirilib. 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR