İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə nəşri: “Dağıstandakı hücumu Kiyev təşkil edib”

“Dağıstandakı terror aktları Ukraynanın dəstəyi ilə təşkil edilib”.

Musavat.com xəbər verir ki, bu barədə “dikGAZETE”də Erxan Altıbarmak yazıb. Onun fikrincə, Kiyev rejimi Vladimir Putinin sülh planına belə reaksiya verib: “Ukraynada münaqişə artıq iki ildir ki, davam edir Bu yaxınlarda Rusiya prezidenti Vladimir Putin Xarici İşlər Nazirliyinin rəhbərliyi ilə görüşdə atəşkəs üçün yeni şərtlərini açıqlayıb. Rusiya liderinin təklif etdiyi kifayət qədər sadə plana görə, Ukrayna NATO-ya daxil olmaq niyyətindən əl çəkməli və qoşunlarını Donetsk, Luqansk xalq respublikaları, Xerson və Zaporojye vilayətlərindən çıxarmalıdır. Belə olan halda, Rusiya ordusu dərhal atəşi dayandıracaq. Yəni Vladimir Putin davamlı atəşkəsə yol açan təklif irəli sürüb. Lakin Rusiyanın danışıqlar üçün şərtlər təklif etməsindən cəmi bir həftə sonra Dağıstanda terror aktı baş verib. Silahlılar iki pravoslav kilsəsinə, sinaqoqa və yol polisi postuna silahlı basqınlar həyata keçirib. Çoxlu polis və mülki vətəndaş həlak olub”. 

Screenshot_4.png (895 KB)

Jurnalist yazır ki, Vladimir Putin 2024-cü ildə Yeni il və Milad bayramları münasibətilə etdiyi çıxışlarda da daim Kiyev tərəfinə Ukrayna münaqişəsinin diplomatik yolla həllinin vacibliyinə işarə edib: “Rusiya lideri nə vaxt danışıqlardan danışsa, mütləq terror aktı baş verir. 2024-cü il martın 22-də Moskva vilayətində “Crocus City Hall” konsert zalına daxil olan silahlı şəxslər 140-a yaxın adamı öldürüb, çoxlu sayda insanı yaralayıb. Terrorçular Ukrayna sərhədində yaxalanıb. İstintaq zamanı məlum olub ki, yaraqlılar Ukrayna kəşfiyyatından dəstək alıb və “Krokus”dakı hücum Kiyevdən gələn sifarişlə həyata keçirilib. Bir çox belə terror hücumlarından sonra adətən cihadçılardan ibarət dəstələr yaranırdı. Və bu gün Ukrayna onları dəstəkləyir. Xatırladaq ki, Ali Rada Çeçenistan İçkeriya Respublikasını “müvəqqəti olaraq Rusiya tərəfindən işğal olunmuş” kimi tanıyıb. Bir sözlə, mövcud olmayan, tanınmamış bu respublika yalnız cihadçı qruplar tərəfindən dəstəklənir, Ukrayna tərəfindən isə tanınır. Məhz Ukrayna sayəsində Şimali Qafqazda gizli cihadçı birləşmələr praktiki olaraq dirçəldi və Kiyev rejimindən dəstək alan dəstələrin terror hücumları tez-tez baş verir. Prinsipcə, Rusiya hər dəfə sabitlik naminə addım atanda terror aktı ilə cavab alır. Bu hücumlar Qərbin dəstəyi ilə təşkil olunur. 

Screenshot_5.png (1.17 MB)

Təbii ki, Dağıstanda baş verən terror aktları da araşdırılacaq. Ancaq bunda Ukraynanın əli olub-olmamasından asılı olmayaraq, Rusiyada bütün terror aktları Kiyevin qannusuz silahlı birləşmələrini təşviq etməsi fonunda baş verməyə başladı. Kiyev rejimi terrorçuları təşviq etməməli, kompromisə doğru getməlidir. Nə olursa olsun, Kiyev tərəfi indi danışıqlar masasına əyləşməlidir. Terrorun qlobal təhlükəsizlik üçün nə qədər təhlükəli olduğunu başa düşməliyik. Necə ki, Amerikanın dəstəklədiyi cihadçı terror təşkilatları Suriyada, İraqda dağıntılar törətdilər və öz “ölkələrini” elan etdilər, eyni şey Avrasiyada da baş verə bilər”.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR