Onlayn ictimai-siyasi qəzet
İstanbulda keçirilən Rusiya və Ukrayna nümayəndə heyətlərinin görüşü rəsmi açılışla başlayıb.
Musavat.com xəbər verir ki, görüşdə Türkiyənin xarici işlər naziri Hakan Fidan açılış nitqi ilə çıxış edib və bir sıra vacib məqamlara toxunub.
Nazir bildirib ki, bu görüş liderlər səviyyəsində mümkün görüşə hazırlıq məqsədi daşıyır. Onun sözlərinə görə, əsas müzakirə mövzularından biri də humanitar məsələlər, xüsusilə əsir mübadiləsi olacaq.
Fidan həmçinin qeyd edib ki, tərəflər atəşkəsin perspektivlərini və öz mövqelərini də masaya yatıracaqlar. O vurğulayıb: “Türkiyə Rusiya və Ukrayna arasında aparılan bu danışıqlardan nəticə gözləyir və Ukraynadakı münaqişənin həlli üçün zəruri olan hər şeyi etməyə hazırdır”.
Nazir əlavə edib ki, Prezident Rəcəb Tayyib Ərdoğan həm Vladimir Putin, həm də Volodimir Zelenski ilə daimi təmasdadır və sülh istiqamətində fəal rol oynayır.
Fidanın çıxışından sonra görüş qapalı qapılar arxasında davam etdirilib.
Musavat.com
04 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ