İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə bu xəbərdən danışır- Suriyaya turist səfərləri təşkil ediləcək

İstanbulda bir turizm şirkəti Əsədin nəzarətində olan bəzi bölgələrə turlar təşkil etməyə başlayıb. 

Müsavat.com "Hürriyet" ə istinadən xəbər verir ki,  Suriyaya Türkiyədən ilk turist turları  Fest Travel tur şirkəti tərəfindən təşkil edilir. 20-27 aprel 2024-cü il tarixlərində Suriyaya 7 günlük tur üçün rezervasiyalara başlayıb. Aprelin 20-də İstanbuldan Beyruta, oradan da Şama keçidlə başlayacaq tur üçün iştirakçılardan 1.950 dollar tələb olunur. Tura həmçinin Dəməşq, Hələb, Həma, Hüms və Palmira daxildir. Şirkət tərəfindən hazırlanan səyahət planına bir çox turistik bölgə daxil edilərkən, turistlərə xəbərdarlıq da edilir: “Suriyadakı son vəziyyəti yaxından izləyirik və ehtiyac olsa,  səyahət marşrutlarımızı dəyişdirəcəyik. Bununla belə, təhlükəsizlik baxımından narahat olduğumuz bölgələrə getməyəcəyik. Bu halda biz alternativ marşrutlara üstünlük verəcəyik və səfərimizi təhlükəsiz başa vurmaq üçün lazımi tədbirləri görəcəyik. Səyahətdən əvvəl müasir təhlükəsizlik məlumatlarını təsdiqləmək üçün müvafiq orqanlarla da əlaqə saxlayacağıq”.

Tur üçün hazırlanan tanıtım broşüründə bunlar yazılıb: “Zəngin bədii və mədəni irsə sahib olan Suriya uzun, dağıdıcı və yorucu müharibədən sonra yenidən turizmə açıldı. İslam sivilizasiyasının ilk mühüm mərkəzi olan Dəməşq, Əməvilər məscidi, Əzəm sarayı və Həmidiyyə bazarı ilə yanaşı, Orta Şərqdə Osmanlı təsirini ən çox əks etdirən şəhər; Roma dövrünün zəngin ticarət yolları üzərində inşa edilən və Aralıq dənizi dünyasının ən əhəmiyyətli qədim xarabalıqlarından birini ehtiva edən səhra kraliçası Zenobia şəhəri Palmira, 4000 ildir mövcud olan dünyanın ən qədim şəhəri Hələb ənənəvi bazarları, qalası, muzeyi və yaxşı qorunan köhnə daş evləri ilə illər; Sivilizasiya tarixinin ən əhəmiyyətli mərkəzlərindən biri olan Ebla xarabalıqları; Səlib yürüşlərinin Yaxın Şərqdəki ən əhəmiyyətli izi, orta əsr qalası Krak Des Chevaliers…"

Səfri təşkil edən şirkətin nümayəndəsi “Hürriyet”ə açıqlamasında bunları deyib: “Uzun illərdir Suriyaya tur təşkil etmişik. Müharibə başlayanda dayandırmalı olduq. İndi yenidən başlayırıq. Yerli agentliklərlə işləyirik. Başqa ölkələrdən də turlar başlayıb. Buna görə biz  d başladıq”, - deyə o bildirib.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR