İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə anbarlarındakı qaz ehtiyatlarının həcmi açıqlandı

Oktyabrın sonunda Türkiyənin qaz anbarlarına toplanan ehtiyatların həcmi 5 milyard kubmetrdən yuxarıdır.

Musavat.com Enerji Bazarını Tənzimləmə Şurasına (EPDK) istinadən xəbər verir ki, anbarların doldurulmasına gec – iyulda başlansa da, avqustda rekord ehtiyat toplanması, sentyabr və oktyabr aylarının hər birində yarım milyard kubmetr qazın vurulması qışa kifayət qədər ciddi ehtiyatla keçidi təmin edib.

Avqust ayında qaz idxalı 6 faiz artaraq 3,893 milyard kubmetr olub. Hesabat ayında dominant idxalçı - dövlətə məxsus "Botaş" şirkəti ilə yanaşı, bir neçə müstəqil idxalçı eyni zamanda qaz alıb: Akfel Gaz, Bosphorus Gaz, Kibar Enerji - ümumilikdə 714 milyon kubmetr.

Boru kəməri qazının idxalı avqustda 7 faiz artaraq 3,508 milyard kubmetr təşkil edib. Bunun 2,274 milyard kubmetri Rusiyadan alınıb.

Azərbaycandan idxal 742 milyon kubmetr təşkil edib, bu, illik ifadədə 21 faiz azalma deməkdir. Avqustda Azərbaycandan gedən qaz kəmərində profilaktik işlər aparılıb. İrandan 491 milyon kubmetr qaz alınıb, bu da normal tədarük səviyyəsindən azdır.

LNG alışları ümumilikdə 4 faiz azalaraq 385 milyon kubmetr olub. Bu həcm uzunmüddətli müqavilə əsasında Əlcəzairdən alınıb. Türkiyə LNG (ildə 44,6 milyard kubmetr) qəbulu üçün ciddi imkanlar formalaşdırıb ki, bu da ölkənin qaz təchizatını demək olar ki, tamamilə təmin edə bilər. Bununla belə, onlar demək olar ki, tamamilə boş vəziyyətdədirlər. Avqust ayında onlardan yalnız 10 faiz istifadə edilib.

Türkiyədə avqustda ümumi qaz istehlakı 4 faiz azalaraq 3,384 milyard kubmetrə düşüb

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR