Onlayn ictimai-siyasi qəzet
“Qədim yaşayış məskənlərinin qorunması tariximizin və mədəniyyətimizin gələcək nəsillərə ötürülməsinə kömək edir”.
Musavat.com xəbər verir ki, bu sözləri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Heydər Əliyev Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Qədim insan məskənlərinin mühafizəsi: Təhdidlər və müasir yanaşmalar” adlı beynəlxalq elmi-praktiki konfransda deyib.
Aktotı Raimkulova qeyd edib ki, Türk Mədəniyyəti və İrsi Fondu Azərbaycan prezidenti, cənab İlham Əliyevin təşəbbüsü ilə yaradılıb: "Fondumuz türk dövlətlərinin beynəlxalq aləmdə tanıdılması və gələcək nəsillərə ötürülməsi vəzifəsini yerinə yetirir. Fondumuz bir sıra bərpa işləri ilə bağlı konfranslar həyata keçirir. Biz öz işimizdə müasir texnologiyadan istifadə edərək türk dünyasının mədəni irsindən bəhs edən kataloq hazırlayırıq. Qədim insan məskənlərinin mühafizəsi: Təhdidlər və müasir yanaşmalar” adlı beynəlxalq elmi-praktiki konfrans üçün Azərbaycan dövlətinə və Mədəniyyət Nazirliyinə təşəkkür edirəm”.
Könül
Musavat.com
14 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ