Onlayn ictimai-siyasi qəzet
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat nəticəsində saxlanılan yüksək vəzifəli şəxslərdən birinin kimliyi məlum olub.
Onlardan birinin Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” birliyinin direktoru vəzifəsində çalışan gömrük general-mayoru Ehtiram Xəlilov olduğu bildirilir. Qeyd edək ki, Ehtiram Xəlilov daha əvvəl Aksiz Baş Gömrük idarəsinin rəisi vəzifəsində çalışıb. Ondan əvvəl isə Sumqayıt gömrüyünə rəhbərlik edib.
Əməliyyatın təfərrüatı barədə yaxın saatlarda rəsmi açıqlamanın veriləcəyi gözlənilir.
Bu həbslər nədən xəbər verir? Növbəti hədəf kimdir? Antikorrupsiya əməliyyatları korrupsiyanın kökünü kəsmək üçün kifayət edirmi?
Bu və gündəmdəki bir çox xəbərləri, tamaşaçıları maraqlandıran sualları bu gün saat 12.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Müzakirədə Ağ Partiya başqanı Tural Abbaslı ilə deputat Rüfət Quliyev iştirak edəcək. Tamaşaçılarımız da sualları və şərhləri ilə müzakirəyə qoşula bilərlər.
Facebook səhifəsinin ünvanı:
https://www.facebook.com/tvmusavat
Youtube səhifəsinin ünvanı:
27 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ