İnsanlara hürriyət, millətlərə istiqlal!

Trüdo Trampın tələblərinə BOYUN ƏYDİ

Kanadanın baş naziri Castin Trüdo helikopterlərin alınması, yeni texnologiyaların tətbiqi, kadrların artırılması və ABŞ ilə koordinasiyanın gücləndirilməsi də daxil olmaqla, sərhədin qorunması üçün 1,3 milyard dollar dəyərində yeni tədbirlər elan edib.

Musavat.com xəbər verir ki, bu prosesə təxminən 10 000 nəfər cəlb ediləcək.

Bundan əlavə, Kanada kurator təyin edəcək, kartelləri terror təşkilatları siyahısına daxil edəcək, sərhəddə fasiləsiz nəzarət tətbiq edəcək və ABŞ-la birlikdə cinayətkarlıq, narkotik ticarəti və çirkli pulların yuyulması ilə mübarizə aparmaq üçün birgə əməliyyat qrupları yaradacaq.

Trüdo həmçinin mütəşəkkil cinayətkarlıqla bağlı yeni kəşfiyyat direktivini imzalayaraq bu məqsəd üçün 200 milyon dollar ayırıb.

Bunun qarşılığında ABŞ yeni tarifləri 30 gün müddətinə dayandıracaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR