Onlayn ictimai-siyasi qəzet
ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparıb.
Musavat.com bu barədə “New York Post” nəşri Ağ Ev rəhbərinin sözlərinə istinadla məlumat yayıb.
Nəşrin məlumatına görə, Tramp və Putin arasında müzakirələrin əsas mövzusu Ukraynada davam edən müharibənin dayandırılması olub.
“Biz müharibəyə son qoymaq üçün vacib addımlar barədə danışdıq”, – deyə Tramp bildirib.
Lakin Tramp mövzu ilə bağlı ətraflı məlumat verməkdən imtina edərək, “detalları hələlik açıqlamaq istəmirəm” ifadəsini işlədib.
Ağ Ev rəhbəri müharibənin sona çatdırılması üçün konkret planlarının olduğunu vurğulayıb.
Musavat.com
28 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ