Onlayn ictimai-siyasi qəzet
ABŞ Prezidenti Donald Trampın genişmiqyaslı ticarət müharibəsi qlobal bazarlarda durğunluq qorxusunu artırdığı bir vaxtda, beynəlxalq investorlar gözlənilməz bir “təhlükəsiz liman” tapıblar – Çin səhmləri.
Musavat.com Reuters agentliyinə istinadən məlumat verir ki, Tramp administrasiyasının ticarət gərginliklərini artırması investorları alternativ bazarlar axtarmağa vadar edib və Çin fond bazarı bu baxımdan cazibədar seçimə çevrilib.
Mütəxəssislər hesab edirlər ki, ABŞ-ın ticarət siyasəti qeyri-müəyyənliyi artırdığı üçün qlobal kapital axınları diversifikasiyaya yönəlir və Çin səhmlərinə maraq artır.
Musavat.com
14 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ