İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampın ticarət müharibəsi İlon Maskı batırır: 50 gündə 148 milyard itirib - Tesla "dur" mesajı verdi

Tesla, ABŞ prezidenti Donald Trampın ticarət müharibəsinin şirkətə ciddi zərər vurduğunu və istehsal xərclərini artırdığını bəyan edib.

Musavat.com Financial Times-ın məlumatına əsasən yazır ki, Tesla ABŞ Ticarət Nümayəndəsi Ceymison Qrira ünvanlanan məktubunda Trampın ticarət siyasətinin ABŞ avtomobil ixracına mənfi təsir etdiyini bildirib.

Şirkət qeyd edib ki, Trampın ticarət müharibəsi nəticəsində bir çox ölkələr ABŞ-a cavab olaraq elektromobillərə gömrük rüsumlarını artırıb ki, bu da Tesla-nın qlobal bazarda rəqabət qabiliyyətini aşağı salır. Məktubda vurğulanır ki, “keçmişdə ABŞ-ın ticarət qərarları dərhal digər ölkələrdən cavab reaksiyası doğurub, bu da idxal olunan elektromobillərə tariflərin artmasına səbəb olub”.

Tesla xəbərdarlıq edib ki, Tramp administrasiyasının tarif siyasəti ABŞ-da avtomobil istehsalının maya dəyərini artırır və bu da şirkətin qlobal bazardakı mövqeyinə zərbə vurur. Məktubda bildirilib ki, tariflər ABŞ-da istehsal olunan avtomobillərin xaricdə rəqabət imkanlarını azaldır.

Mənbələrin məlumatına görə, məktub rəsmi imza olmadan göndərilib, çünki Tesla daxilində heç kim Tramp administrasiyasını açıq şəkildə tənqid edərək işdən çıxarılmaq istəmir. Şirkət içindən bir mənbə bildirib ki, “bu, tarif siyasətinin Tesla-nın işini çətinləşdirdiyini nəzakətli şəkildə deməkdir”.

Mask 148 milyard dollar, Tesla 45% dəyər itirib

Bloomberg-in hesablamalarına görə, Trampın prezidentlik dövründə İlon Maskın şəxsi sərvəti 148 milyard dollar azalıb. Bundan əlavə, Tesla-nın bazar dəyəri 45% aşağı düşüb.

Trampın yaxın müttəfiqi hesab edilən İlon Maskın rəhbərlik etdiyi Tesla-nın belə ticarət siyasətindən narahatlıq keçirməsi, Trampın genişmiqyaslı tarif qərarlarının ciddi iqtisadi fəsadlara yol açdığını göstərir.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Mart 2025

BÜTÜN XƏBƏRLƏR