İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampın böyük planı: 1,3 milyondan çox miqrantı deportasiya edəcək

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın komandası Ağ Evin hazırkı rəhbəri Co Baydenin administrasiyasının iki miqrasiya proqramını bağlaya bilər. Bundan sonra 1,3 milyondan çox qanuni miqrant ölkədən deportasiya ediləcək.

Musavat.com xəbər verir ki, bu barədə informasiyalı mənbələrə istinadən NBC News məlumat yayıb.

Bildirilir ki, bu nəticə ona görə mümkündür ki, miqrantlar ABŞ-a qanuni yolla daxil olublar, lakin hələ də sığınacaq almayıblar.

Telekanalın sənədi oxuyan mənbələrinin sözlərinə görə, ilk olaraq ölkənin təhlükəsizliyinə təhdid yaradan insanlar deportasiya oluna bilər. Bunlara Amerika torpaqlarında olan hərbi yaşda olan Çin vətəndaşları da daxil ola bilər.

Noyabrın 8-də Tramp NBC telekanalında bildirib ki, miqrantların kütləvi deportasiyası ilə bağlı seçki kampaniyası zamanı verdiyi vədi yerinə yetirməkdən başqa yolu yoxdur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR