İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampdan İranla bağlı gizli toplantı – Razılaşma, yoxsa qarşıdurma?

Musavat.com-un dünən yaydığı xəbərdə də vurğulandığı kimi, aprelin 15-də ABŞ Prezidenti Donald Tramp Ağ Evdə qapalı toplantı keçirib.

Görüşdə ABŞ-ın İranla növbəti – aprelin 19-na təyin olunan – nüvə danışıqları raundu öncəsi mövqeyi müzakirə olunub.

Toplantıda vitse-prezident Cey Di Vens, dövlət katibi Marko Rubio, müdafiə naziri Pit Hegset, milli təhlükəsizlik müşaviri Mayk Uolts, Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Con Rətkliff və Yaxın Şərq üzrə xüsusi elçi Stiv Uitkoff iştirak ediblər.

Administrasiya ikiyə bölünüb: Diplomatik yol, yoxsa sərt təzyiq?

“Axios” portalının məlumatına görə, müşavirədə administrasiya daxilində ciddi fikir ayrılığı olub. Vitse-prezident Vens və elçi Uitkoff ABŞ-ın diplomatik güzəştlər fonunda İranla razılaşma əldə edə biləcəyinə inanır və bu yolu dəstəkləyirlər. Onların fikrincə, kompromislər danışıqları nəticəyə gətirə bilər.

Digər tərəfdən, dövlət katibi Rubio və təhlükəsizlik müşaviri Uolts daha sərt mövqedə dayanaraq maksimalist strategiyanı müdafiə edirlər. Onlar hesab edirlər ki, İran yalnız ciddi təzyiq altında geri çəkilə bilər və güzəştlər vermək ABŞ-ın mövqeyini zəiflədir.

İranla danışıqların gələcək istiqaməti və ABŞ-ın bu dəfə hansı strategiyanı seçəcəyi qarşıdakı günlərdə aydınlaşacaq. Gözlər 19 aprel tarixində keçiriləcək növbəti raunda yönəlib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Aprel 2025

18 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR