Onlayn ictimai-siyasi qəzet
ABŞ-Çin ticarət münasibətlərində gərginlik daha da artır.
Musavat.com xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Çin gəmilərinin ABŞ limanlarına daxil olmasına görə yüksək rüsumların tətbiqinə qərar verib. Reutersin yaydığı məlumata görə, bu addım Bayden administrasiyası dövründə başlanan və Çin siyasətinin ədalətsiz üstünlüklər yaratdığını sübut edən araşdırmanın nəticələrinə əsaslanır.
Yeni siyasətə görə, 2025-ci ilin oktyabrından başlayaraq Çin operatorlarına məxsus gəmilər üçün 1 ton bürüt çəkisinə görə 140 dollaradək rüsum tətbiq ediləcək. Çin istehsalı olan, lakin digər ölkə operatorlarına məxsus gəmilər isə hər konteyner üçün 250 dollaradək ödəməli olacaqlar.
Ümumi rüsum bir reys üçün 1,5 milyon dollara çata bilər. Lakin bu məbləğ hər bir liman üçün ayrıca deyil, bir səfərə şamil ediləcək. Əgər gəmi ABŞ-da sifariş olunub və 3 il ərzində təhvil veriləcəksə, bu zaman rüsumdan azadolma tətbiq edilə bilər.
Musavat.com
19 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ