Onlayn ictimai-siyasi qəzet
Bu gün, 28 fevral 2025-ci il tarixində, ABŞ prezidenti Donald Tramp və Ukrayna lideri Volodimir Zelenski Vaşinqtonda Ağ Evdə görüş keçirib.
Görüş çərçivəsində iki ölkə arasında nadir torpaq mineralları üzrə iqtisadi sazişin imzalanması planlaşdırılır.
Musavat.com Reuters-in canlı yayımına əsasən bildirir ki, müzakirələrin əsas mövzuları arasında Ukraynanın iqtisadi dirçəlişi, ABŞ-dan gələcək hərbi və maliyyə yardımı, eləcə də Rusiya ilə davam edən münaqişə fonunda təhlükəsizlik təminatları yer alır.
Görüşdən öncə Prezident Trampın Ukraynaya yardımla bağlı tənqidləri və Zelenskiyə yönəlik sərt ifadələri gündəmi zəbt etmişdi. Lakin bugünkü görüşdə tərəflərin münasibətləri yumşaltmağa çalışdığı görünür.
Musavat.com
01 Mart 2025
28 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ