İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Zelenski ilə görüşdən əvvəl Makronu otaqdan çıxarıb

ABŞ prezidenti Donald Tramp Romada Ukrayna Prezidenti Vladimir Zelenski ilə təkbətək görüşmək üçün fransalı Emmanuel Makronu otaqdan çıxarıb. Musavat.com xəbər verir ki, məlumatı “The Sun” qəzeti yayıb.

Donald Tramp və Vladimir Zelenskinin Papa Fransiskin dəfn mərasimindən əvvəl görüş anını əks etdirən videoda sonradan biri Vatikan rəsmiləri tərəfindən aparılmış üç stul göstərilir. Daha sonra Makron kadra daxil olur. Sonra onunla Amerika lideri arasında qısa dialoq baş verir. Video Trampla Zelenskinin söhbəti ilə bitir; videonun özündə heç bir səs yoxdur.
The Sun videonu deşifrə etmək üçün onu peşəkar dodaq oxuyucuya izlədib. Onun qənaətinə görə, Tramp Makrona deyib: "Mənə bir yaxşılıq etməyinə ehtiyacım var, sən burada olmamalısan".

Mütəxəssis Trampla Zelenskinin söhbətinin videosunu da təhlil edib. Ekspert Ukrayna prezidentinin sözlərindən sitat gətirir: “Mən istəyərdim ki, bunu edəsiniz, amma bu şəkildə deyil”. Onun sözlərinə görə, Tramp cavabında Zelenskinin təklifini “çox maraqlı strategiya” adlandırıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Aprel 2025

27 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR