Onlayn ictimai-siyasi qəzet
Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı "TV Müsavat"ın canlı efirində Ukrayna müharibəsi və beynəlxalq güclərin mövqeyi ilə bağlı fikirlərini bölüşüb.
Musavat.com-un məlumatına görə, N.Pənahlı Qərbin Ukraynanı NATO və Avropa İttifaqına üzvlük məsələsindən imtina etdirməyə çalışacağını vurğulayıb.
O bildirib ki, Qərb Ukraynanı hərtərəfli dəstəklədiyini bəyan etsə də, müharibənin sonrakı mərhələsində ondan müəyyən güzəştlərə getməyi tələb edə bilər. Əsas şərtlərdən biri isə Ukraynanın NATO və Avropa İttifaqına üzvlükdən imtinası olacaq. Hazırda diplomatik kulislərdə bunun mümkünlüyü müzakirə edilir.
O, həmçinin qeyd edib ki, müharibənin gedişi və Ukraynanın müqaviməti bir çox beynəlxalq güc mərkəzlərinin mövqeyini dəyişə bilər.
Verilişdə müharibənin gedişatı, tərəflərin mövqeyi və mümkün ssenarilər ətrafında danışan Nemət Pənahlının bu mövzuda səsləndirdiyi fikirləri təqdim edirik:
18 Mart 2025
17 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ