İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp: “Ukrayna Avropaya yaxındır, pulu onlar versin”

“Ukrayna Avropa ölkələrindən təxminən 100 milyard dollar almalıdır. Həmin yardımın həcmi Vaşinqtonun Kiyevə verdiyi maliyyə dəstəyinə bərabər olmalıdır”.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu sözləri ABŞ-ın keçmiş prezidenti Donald Tramp “Fox News” kanalına verdiyi müsahibədə deyib.

Trampdan yenidən seçiləcəyi təqdirdə “Ukraynaya pul axınını dayandırmaq” qərarına gəlib-gəlməyəcəyi barədə soruşulub. ABŞ-ın keçmiş prezidenti “müharibəni həll edə bilərəm” deməklə kifayətlənib.

“Əvvəla, mən Avropaya bunu deyərdim: Sənin 100 milyard dollara yaxın borcun var, ödəməlisən. Avropa Birləşmiş Ştatlarla müqayisədə çox az iş görür”, - deyə sabiq dövlət başçısı müsahibəsində bildirib.

Trampın sözlərinə görə, ərazi baxımından Avropa Ukraynaya daha yaxındır, ABŞ isə qitədən “okeanla ayrılıb”.

“Niyə biz 150 milyard dollar xərclədik, onlar isə 20 milyard dollar xərclədilər? Onların iqtisadiyyatları birləşdirildikdə demək olar ki, bizimkinə bərabərdir”, - deyə Tramp bildirib.

ABŞ Konqresi daha əvvəl Ukraynaya yardım üçün təxminən 113 milyard dollar ayrılmasını təsdiqləyib. Vaşinqton Kiyevə yardımın əsas hissəsini Pentaqon, Dövlət Departamenti və ABŞ Beynəlxalq İnkişaf Agentliyi vasitəsilə həyata keçirir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR