İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp SON ZƏRBƏNİ vurdu: "Çox sarsıdıcı olacaq" - ŞOK

CNN-in məlumatına görə, ABŞ prezidenti Donald Tramp Ukraynada nə qədər uzağa gedə biləcəyinin sərhədlərini sınaqdan keçirir.

Bəs bu vəziyyət Kiyevə necə təsir edəcək?

Musavat.com xəbər verir ki, CNN-in məlumatına görə, hərbi yardımın dayandırılması qərarı münaqişədə real nəticələr verə biləcək və Putinin əlini gücləndirə biləcək addımdır.

Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzindən Mark Cancian nəşrə verdiyi açıqlamada deyilir ki, "qərarın təsiri iflic olacaq".

Cancian Avropa ölkələrindən gələn yardımların Kiyevin hələlik ayaqda qalmasına kömək edəcəyini, lakin real təsirin iki-dörd ay ərzində hiss olunacağını bildirib

“Cəbhə xəttləri gərgin olmağa davam edəcək və nəticədə qırılacaq. Ukrayna sülh sazişini qəbul etməli olacaq və bu, Zelenski üçün son dərəcə alçaldıcı olacaq”.

Polkovnik Cedric Leighton Trampın hərbi yardımı dayandırmasının Ukraynaya illərlə təsir edə biləcəyini irəli sürüb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Mart 2025

BÜTÜN XƏBƏRLƏR