İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp: “Seçkilərdə məğlubiyyəti bu şərtlə qəbul edərəm”

ABŞ Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp yalnız seçkilərin ədalətli və azad şəkildə keçirilməsi halında məğlubiyyəti qəbul edəcəyini bildirib.

Musavat.com xəbər verir ki, o, bu barədə “CBS News” kanalına müsahibəsində danışıb.

2020-ci il seçkilərinin nəticələrini hələ də qəbul etməyən Tramp növbəti dəfə “ədalətsiz şəkildə” uduzacağı təqdirdə ölkənin daha əvvəl heç vaxt görmədiyi dalana düşəcəyini bildirib.

“Ancaq bu, azad və ədalətli olsa, əlbəttə ki, nəticələri qəbul edəcəm”, - deyə sabiq prezident qeyd edib.

Tramp əsas diqqəti səslərin hesablanmasına çəkib.

"Bu o deməkdir ki, səslər vicdanlı sayılmalıdır. Bu o deməkdir ki, seçkilərdə saxtakarlıq olmamalıdır, bülletenlər atılmamalıdır, yeni qaydalar və hoqqalar çıxarılmamalıdır. Mən dürüst adamam", - deyə Donald Tramp bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR