Onlayn ictimai-siyasi qəzet
ABŞ lideri Donald Tramp cümə günü Ağ Evdə Suriya prezidenti Əhməd əş-Şaraanı qəbul edəcək.
Musavat.com xəbər verir ki, bu barədə ABŞ prezident administrasiyasındakı mənbə “Politico”ya bildirib.
Tramp may ayında Səudiyyə Ərəbistanında əş-Şara ilə görüşərək, 25 il ərzində Suriya lideri ilə danışıqlar aparan ilk ABŞ prezidenti olmuşdu.
Daha sonra Tramp Suriyanın İsraillə münasibətləri normallaşdırmasına çağırıb və əş-Şaraanı “güclü keçmişi və döyüş ruhu”na görə tərifləyib.
İyun ayında ABŞ Suriyaya qarşı sanksiyaların əksəriyyətini ləğv edib, iyulda isə “Əl-Nusra” qrupu ABŞ-ın qadağan edilmiş təşkilatlar siyahısından çıxarılıb.
SANA xəbər agentliyi Suriyanın xarici işlər naziri Əsəd əş-Şibaniyə istinadla noyabr ayında Əhməd əş-Şaraanın ABŞ-a səfər edəcəyini təsdiqləyib.
![]()
Musavat.com
03 Noyabr 2025
02 Noyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ