İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp rüsumları pulla almağı təklif edir: Yaponiya bunu etdi...

Vaşinqton administrasiyası ABŞ-da böyük investisiyalar müqabilində digər ölkələrin mallarına qarşı rüsumların azaldılmasını nəzərdə tutan razılaşmalara hazırdır.

Musavat.com xəbər verir ki, bunu jurnalistlərə ABŞ Prezidenti Donald Tramp deyib. Ondan Amerika tərəfinin bu cür sövdələşmələrin mümkünlüyünü nəzərdən keçirib-keçirməməsi soruşulub: “Bəli, əlbəttə ki, digər ölkələrə rüsumların azaldılması üçün pul ödəməyə icazə verərdim”.

Tramp nümunə kimi Vaşinqton və Tokio arasında iyulun 22-də elan etdiyi müqavilələri göstərib. Onların şərtlərinə görə, Yaponiya ABŞ-a 550 milyard dollar sərmayə qoyacaq və Amerikanın onun məhsullarına idxal rüsumları 15 faizə endiriləcək: "Yaponiya  bunu etdi: öz mallarına rüsumların azaldılmasını satın aldı. Onlar bizə 550 milyard dollar verdilər ki, bu da rüsumları bir qədər azaldıb. Və bu, kredit və ya buna bənzər bir şey deyil. Mən bunu ticarət müqaviləsini imzalamaq üçün bonus adlandırıram". 

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Iyul 2025

25 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR