Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp, Rusiya lideri Vladimir Putin və Çin sədri Si Cinpin sentyabrın əvvəlində Çində görüş keçirə bilərlər.
Musavat.com xəbər verir ki, bu barədə “The Times” məlumat yayıb.
Məlumatda bildirilir ki, Pekin İkinci Dünya Müharibəsinin başa çatmasının 80-ci ildönümünü sentyabrın 3-də Tiananmen meydanında hərbi paradla qeyd etməyi planlaşdırır və Rusiya prezidenti Vladimir Putin artıq tədbirdə iştirak üçün dəvəti qəbul edib.
Çin və ABŞ müharibə zamanı yaxın müttəfiq olublar və artıq Çində fürsətdən istifadə edib Pekində Si Cinpin, Tramp və Putin arasında görüş təşkil etmək çağırışlar səslənir.
Yaponiyanın “Kyodo” agentliyi xəbər verir ki, Trampın dəvət edilməsi barədə qərar artıq Çin rəhbərliyi tərəfindən verilib.
“Niyə Trampın səfərini sentyabrın 3-də keçiriləcək paradla üst-üstə salmayaq?”, - deyə Çinin ən tanınmış millətçi şərhçilərindən biri olan Tsizin Tsanjun Şanxayda yerləşən “Guancha” xəbər saytına bildirib:
"1941-ci ildən 1945-ci ilə qədər Çin və ABŞ yapon militarizminə qarşı mübarizədə müttəfiq olublar. Əgər prezident Tramp Çinə səfər edib sentyabrın 3-də keçiriləcək paradda iştirak etsə, bu, dünyaya güclü müsbət siqnal verəcək. Çin, Rusiya və Amerika liderlərinin bir yerdə dayanması güclü sülh və sabitlik mesajı verə bilər".
Musavat.com
21 Iyul 2025
20 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ