İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp populyarlığını itirir - amma Baydenlə müqayisədə öndədir

ABŞ-da keçirilən yeni ictimai rəy sorğusu Donald Trampın respublikaçı seçicilər arasında populyarlığının aşağı düşdüyünü göstərib. Partiya tərəfdarlarının eks-prezidentə rəğbəti 9 bənd azalaraq 66%-ə, respublikaçılara dai mənfi rəy isə 32%-ə yüksəlib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Donald Trampın ətrafında qara buludlar sıxlaşır – onun nəinki çoxlu hüquqi problemləri var, həm də yeni sorğu da respublikaçılar arasında populyarlığı aşağı düşməkdədir.

Cinayət ittihamları ilə üzləşən keçmiş prezident bu ilin əvvəlində 2024-cü il seçkilərində yenidən prezidentliyə namizədliyini irəli sürdüyünü açıqlayıb, ancaq araşdırmalar göstərib ki, bütün siyasi əqidələrdən olan amerikalıların 63%-i Tramp haqqında mənfi fikirdədir - keçən ilki 60%-dən çox.

Bununla belə, özünü respublikaçı və ya respublikaçılara rəğbətli kimi tanıdanların 66%-i keçmiş ABŞ prezidentinə hələ də müsbət baxır, lakin bu, ötən ilin iyulunda qeydə alınan 75%-dən 9 faiz bəndi aşağıdır.

Keçən ilin iyul ayında sağların təxminən dörddə biri ona çox və ya əsasən mənfi baxırdı, indi bu rəqəm 32%-ə yüksəlib.

Demokratların Trampla bağlı rəyi çox dəyişməyib. Rəyi soruşulan demokratların 91 faizi Tramp haqqında mənfi fikirdədir. Demokratların yalnız 8%-i ona müsbət yanaşır.

Bununla paralel, prezident Baydenin ümumi populyarlığı bir il əvvəllə müqayisədə təxminən 4% azalıb. Vitse-prezident Kamala Harrisə rəğbətlə yanaşanların faizi keçənillki 43%-dən 36%-ə düşüb.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR