Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp aktrisa Culianna Murun uşaqlar üçün yazdığı "Çilli çiyələk" kitabının ölkədə yayılmasını qadağan edib.
Musavat.com xəbər verir ki, bu barədə aktrisa instaqram hesabında yazıb.
O bildirib ki, əsərlərinin ABŞ Müdafiə Nazirliyi tərəfindən idarə olunan məktəblərdə yayılması və oxunması qadağan olunub.
"Çilli çiyələk" üzündəki piqment ləkələrini sevməyən 7 yaşlı qız haqqında yarı bioqrafik hekayədir. Qəhrəman çillərlə yaşamağı öyrənir və sonradan "hamı kimi" fərqli olduğunu başa düşür.
Mur kitabı bəşəriyyəti birləşdirmək məqsədilə öz övladları və başqalarının uşaqları üçün yazdığını deyib. Sənətçi kitabda ABŞ hökuməti tərəfindən qadağan edilməsinə əsas verəcək mübahisəli heç nə görmədiyini bildirib.
Aktrisa hərbi qulluqçuların uşaqları üçün ümumtəhsil məktəbində oxuduğunu, atasının Vyetnam veteranı olduğunu xatırladıb.
Şahanə Rəhimli
Musavat.com
22 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ