Onlayn ictimai-siyasi qəzet
Tramp deyib ki, prezident olsaydı, Rusiya Federasiyası Ukraynanı işğal etməzdi.
Musavat.com Ukrayna mənbələrinə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin eks prezidenti Donald Tramp amerikalı “stand-up”çı Co Roqan ilə podkast zamanı bildirib.
- Mən prezident olsaydım, Rusiya heç vaxt hücum etməzdi.
- Moskvanı necə dayandırardınız?
- Sadəcə deyərdim: Vladimir, sən bunu etməyəcəksən. Bunu etməyəcəksiniz. Mən bunu ona hər zaman deyirdim.
Bundan əvvəl ukraynalı boksçu Aleksandr Usik təklif etmişdi ki, Co Roqan Trampdan Putinin təsirinə bu qədər arxayındırsa, Azovstal müdafiəçilərini və bütün ukraynalıları rus əsirliyindən dərhal azad etməyə kömək edə biləcəyini soruşsun.
Afaq,
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ