Onlayn ictimai-siyasi qəzet
ABŞ Prezidenti Tramp Kanada polad və alüminiumuna rüsumların 50%-ə qaldırılması planını elan edildikdən cəmi bir neçə saat sonra ləğv edib.
Musavat.com xəbər verir ki, bu qərar Ottavanın ABŞ-a elektrik enerjisi ixracına 25%-lik əlavə rüsum tətbiq etməməsi ilə bağlıdır.
Ontario əyalətinin baş naziri Daq Ford bu tədbirin tətbiqini təxirə salmaq və ABŞ-ın ticarət naziri ilə Vaşinqtonda danışıqlar aparmaq barədə razılığa gəlib.
Nəticədə Ağ Ev çərşənbə günündən etibarən Kanada və digər ölkələrdən gətirilən metallara yalnız standart 25%-lik rüsumların qüvvəyə minəcəyini təsdiqləyib — heç bir istisna olmadan.
Musavat.com
12 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ