Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp, iqtidara gəldiyi ilk gündə Kanada mallarına 25% rüsum tətbiq etməyi planlaşdırır. Əgər bu qərar həyata keçirilərsə, Kanada ABŞ-a enerji təchizatını kəsə bilər.
Musavat.com xəbər verir ki, bu barədə Kanadanın Ontario əyalətinin rəhbəri Duq Ford jurnalistlərə məlumat verib.
"Biz bunun nə qədər uzağa getməsindən asılı olaraq hər şeyi edəcəyik," – deyə Ford, baş nazir Castin Trüdo ilə onlayn görüşdən sonra bildirib.
Qeyd edək ki, Kanada öz neftinin təxminən 60%-ni və elektrik enerjisinin 85%-ni ABŞ-a ixrac edir.
ABŞ, Meksika və Kanada arasında azad ticarət zonasının yaradılmasını nəzərdə tutan üçtərəfli saziş mövcuddur.
Tramp prezident olaraq fəaliyyətə başladığı ilk gündə qeyri-qanuni immiqrasiya və narkotik qaçaqmalçılığı ilə əlaqədar Kanada və Meksikadan gələn bütün mallara 25% rüsum tətbiq edəcəyini açıqlayıb.
06 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ