İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp geri çəkildi: bu iki ölkə rahat nəfəs ala bilər, amma...

ABŞ Prezidenti Donald Tramp cümə axşamı günü verdiyi açıqlamada Meksika və Kanadanın ABŞ-a ixracına qoyulan tariflərin bir aylıq müddətə yumşaldılacağını bildirib.

Bu barədə Musavat.com The New York Times qəzetinin qısa zaman öncə yaydığı yazıya əsasən məlumay verir.

Trampın sözlərinə görə, ilk prezidentlik dövründə imzaladığı Şimali Amerika ticarət sazişinin (USMCA) şərtlərinə uyğun olaraq ticarət edilən məhsullar tariflərdən azad ediləcək.

Bu addım ABŞ-ın ticarət tərəfdaşları ilə münasibətlərini qorumaq məqsədi daşıyır. Lakin bu güzəştin müddətinin uzadılıb-uzadılmayacağı və hansı məhsulları əhatə edəcəyi barədə əlavə detallar verilməyib.

Məlumatın orijinalı bu linkdə: https://www.nytimes.com/2025/03/06/us/politics/trump-mexico-tariffs-suspended.html?smid=whatsapp-nytimes

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Mart 2025

06 Mart 2025

BÜTÜN XƏBƏRLƏR