İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp gələn həftə həbsxanaya könüllü gedəcək

Corciya ştatında seçkilərə müdaxilədə ittiham olunan ABŞ-ın keçmiş prezidenti Donald Tramp avqustun 24 və ya 25-də könüllü olaraq Fulton dairəsində (Corciya) həbsxanaya gəlmək niyyətindədir.

Musavat.com xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən CNN televiziya şirkəti məlumat yayıb.

Televiziya şirkətinin məlumatına görə, adətən təqsirləndirilən şəxslər hakimiyyət orqanlarına könüllü təslim olduqdan sonra azadlığa buraxılma şərtlərini əvvəlcədən razılaşdırırlar.

Fulton dairəsinin prokuroru Feyni Uillis daha əvvəl demişdi ki, Tramp və digər müttəhimlərə avqustun 25-dən gec olmayaraq hakimiyyət orqanlarına təslim olmaq əmri verilib. Rayon şerifi də qeyd edib ki, müttəhimlərə qeyd olunan həbsxanaya gəlmək tapşırılıb, onlar burada rəsmi həbs prosedurundan keçəcəklər - onların üzərində axtarış aparılacaq, fotoşəkilləri çəkiləcək, həmçinin barmaq izləri alınacaq. Şərif dəftərxanası vurğulayıb ki, “təqsirləndirilən şəxs istənilən vaxt cəzaçəkmə yerinə gələ bilər, həbsxana həftənin yeddi günü, sutkanın 24 saatı açıqdır”.

Fulton prokuroru əvvəllər Trampın məhkəməsi üçün 4 mart 2024-cü il tarixini təklif etmişdi. O, həmçinin qeyd edib ki, şübhəlilər, o cümlədən Tramp sentyabrın əvvəlində rəsmi ittihamlar üçün məhkəmə qarşısına çıxmalıdır. Dəqiq tarix barədə daha sonra məlumat veriləcək. 31 oktyabr 2023-cü il tarixinədək tərəflər vəsatətlər verə bilərlər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR