İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Çinə sataşdı

Respublikaçıların prezidentliyə namizədi Donald Tramp COVID-19-u “Çin virusu” adlandırıb.

Musavat.com xəbər verir ki, Respublikaçıların Miluoki şəhərində keçirilən Milli Konvensiyasında çıxış edən Tramp ilk prezidentliyi dövründə Çinlə bağlanmış ticarət müqaviləsini xatırladıb və bunu “əsrin müqaviləsi” adlandırıb.

“50 milyard dollar dəyərində məhsulumuzu aldılar, amma mən bunu düzünü desəm, Çin virusu ilə bağlı vəziyyətə görə qeyd etmirəm”, - deyə Donald Tramp bildirib.

Qeyd edək ki, ABŞ və Çin arasında ticarət sazişinin birinci mərhələsinə dair saziş 2020-ci il yanvarın 15-də Vaşinqtonda imzalanıb. Çin daha sonra müqavilənin birinci ili ərzində ABŞ məhsullarının alışını 76,7 milyard dollar, ikinci il ərzində isə 123,3 milyard dollar artırmağa razılaşıb. Trampı ABŞ prezidenti olaraq əvəzləyən demokrat Co Bayden razılaşmanın uğursuz olduğunu desə də, sabiq prezidentin dövründə Çin mallarına tətbiq olunan rüsumları ləğv etməyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR