İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp: “Bəzən dərman qəbul etmək lazımdır” – ABŞ prezidenti tətbiq etdiyi rüsumların nəticələrini şərh edib  

ABŞ prezidenti Donald Tramp tətbiq etdiyi rüsumların fond bazarındakı itkilərə səbəb olmasına münasibət bildirib və qeyd edib ki, onun məqsədi bazarları çökdürmək olmayıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Tramp yerli jurnalistlərə açıqlamasında bildirib.

“Mən istəmirəm ki, nəsə çöksün, amma bəzən nəyisə düzəltmək üçün dərman qəbul etmək lazımdır,” – deyə Tramp qeyd edib.

Onun sözlərinə həftəsonu Avropa və Asiya liderləri ilə ABŞ-ın gələn həftə qüvvəyə minəcək rüsumları barədə danışıqlar aparıb. Trampın sözlərinə görə, “onlar müqavilə bağlamaq üçün can atırlar”, lakin ABŞ bu razılaşmanı yalnız öz şərtləri ilə qəbul edəcək.

“Danışıqlar yalnız o zaman olacaq ki, onlar bizə hər il böyük məbləğlər ödəməyi qəbul etsinlər,” – deyə Tramp vurğulayıb. Tramp keçmiş illər üzrə ödənişləri də almaq istədiklərini sözlərinə əlavə edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR