Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın keçmiş prezidenti Donald Tramp iddia edir ki, Amerikanın hazırkı lideri Co Bayden İranın İsrailə hücumu ilə bağlı çıxışı öncədən lentə alıb, lakin sonradan onu dərc etməmək qərarına gəlib.
Musavat.com xəbər verir ki, Tramp özünün Truth Social səhifəsində yazıb: "İsrail hücuma məruz qalır! Buna heç vaxt imkan verilməməli idi. Mən prezident olsaydım, bu heç vaxt baş verməzdi". Bununla belə, o qeyd edib ki, Baydenin tezliklə canlı yayımlayacağı çıxışı əvvəllər “lentə alınıb”: "İndi əvvəlcədən yazılan çıxışların vaxtı deyil".
Keçmiş prezident daha sonra daha bir məlumat yayaraq, Baydenin xalqa mürciət etmək fikrindən daşındırıldığını deyib: "O, bəlkə sabah canlı yayımda çıxış etməyə çalışacaq".
Musavat.com
27 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ