İnsanlara hürriyət, millətlərə istiqlal!

"Tottenhem"in baş məşqçisi: Oyuna daha yüksək tempdə başlamağı planlamışdıq

Biz oyuna daha yüksək tempdə başlamağı planlamışdıq.

"Report" xəbər verir ki, bunu "Tottenhem"in baş məşqçisi Angelos Postekoqlu “Qarabağ”a qarşı UEFA Avropa Liqasının Liqa mərhələsinin I turunun oyunundan sonra baş tutan mətbuat konfransında deyib.

Yunanıstanlı qalib gəldikləri görüşü şərh edib:

"Qarşılaşmanın əvvəlindəki qırmızı vərəqə planlarımıza daxil deyikdi. Biz oyuna daha yüksək tempdə başlamağı planlamışdıq. Futolçumuz meydandan qovulana qədər ötürmələrlə passiv oynadıq və təəssüf ki, nəticədə Draquş buna görə cəzalandı. Daha sonra görüşdə üstünlüyü ələ ala bildik. Qələbə qazandığımıza baxmayaraq, startdan narazı qaldım".

Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin I turunun "Tottenhem" - "Qarabağ" oyunu meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Sentyabr 2024

26 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR