Onlayn ictimai-siyasi qəzet
Tiflisdə hökumət əleyhinə aksiyalar daha da genişlənib.
Musavat.com xəbər verir ki, etirazlar zamanı hüquq-mühafizə orqanları ilə nümayişçilər arasında qarşıdurmalar baş verib.
Gürcüstan parlamentinin yan girişində gərgin vəziyyət müşahidə olunur. Hüquq-mühafizə orqanları etirazçılara qarşı su şırnaqları və pirotexnik vasitələrdən istifadə edir. Bununla yanaşı, parlament binası ətrafında atəş səslərinin eşidildiyi bildirilir.
Hadisələr hələ də nəzarət altına alınmayıb və etirazların daha da alovlanacağı ehtimal olunur. Gürcüstan hökuməti və müxalifət arasında qarşıdurmanın nəticələri izlənilir.
Musavat.com
@@TVmusavat/102297@@
30 Noyabr 2024
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ