Onlayn ictimai-siyasi qəzet
Küveytin paytaxtındakı hava limanında təyyarədə bomba qoyulması barədə məlumatdan sonra sərnişinlər təxliyə olunub.
Musavat.com TASS-a istinadən xəbər verir ki, bu barədə Küveytin Mülki Aviasiya İdarəsinin bəyanatında deyilir.
Məlumatda bildirilir ki, Bəhreynin "Gulf Air" aviaşirkətinə məxsus "GF213" reysi ilə Manamadan Küveytə uçan təyyarə təyinat məntəqəsində uğurla eniş edib.
Küveyt rəsmisinin verdiyi məlumata görə, sərnişinlər təxliyə olunaraq xüsusi izolyasiya zonasında yerləşdirilib. Hadisə nəticəsində xəsarət alan olmayıb, hava limanı adi rejimdə fəaliyyətini davam etdirir.
Qeyd olunur ki, təyyarədə bomba olması ilə bağlı yalan məlumat yayan şəxs saxlanılıb. Hazırda sərnişinlər standart yoxlama prosedurlarından keçirilirlər.
Musavat.com
08 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ