İnsanlara hürriyət, millətlərə istiqlal!

Təyyarə Bakı hava limanına təcili ENİŞ ETDİ

Toronto-Dehli reysini yerinə yetirən “Air Canada” aviaşirkətinə məxsus təyyarənin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.

Buna səbəb təyyarənin sol mühərrikində yağ təzyiqinin aşağı olması olub.

“Boeing 777” yerli vaxtla saat 15:58-də Bakı hava limanına uğurla eniş edib. Hava gəmisində 301 sərnişin və 16 ekipaj üzvü olub.

Hazırda təyyarəyə baxış keçirilir və hadisənin bütün şərait və səbəblərini müəyyən etmək üçün zəruri tədbirlər kompleksi təşkil edilir.//Report

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR