İnsanlara hürriyət, millətlərə istiqlal!

Tevanyan: Seçkidə qalib gəlsək, Paşinyanı hökumət binasından qovacağıq

Əgər blokumuz bu seçkilərdə qalib gəlsə, ilin sonuna qədər Paşinyanı Hökumət binasından qovmağa söz verirəm.

Musavat.com erməni mediaısna istinadən xəbər verir ki, bunu Ermənistanın “Ana Ermənistan” blokundan İrəvan merliyinə namizəd Andranik Tevanyan bildirib.

"Biz hakimiyyət üçün siyasi dəfn mərasimi keçirəcəyik",-deyə Tevanyan tərəfdarlarına səslənib.

“Bu, müharibə ilə sülh, qələbə ilə məğlubiyyət arasında seçimdir. Əgər indiki hakimiyyət qalsa, o zaman müharibə və məğlubiyyət qaçılmazdır. Paşinyan qalsa, Ermənistan bir neçə gün ərzində subyektivliyini və dövlətçiliyini itirəcək. O, vətən xainidir. Vətən xaini Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyandır”- deyə erməni siyasətçi qeyd edib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR