İnsanlara hürriyət, millətlərə istiqlal!

Tərtərdə qaydaları pozan 15 sürücü barəsində inzibati protokol tərtib edilib

Tərtər Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində hərəkətin təhlükəsizliyinin artırılması məqsədilə şəhər ərazisində hərəkətin intensiv olduğu küçə və prospektlərdə nəzarət-profilaktik tədbirlər keçiriblər.

DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan Musavat.com-a verilən məlumata görə, keçirilən tədbirlər zamanı təhlükəsizlik kəmərindən istifadə etməyən, nəqliyyat vasitəsində konstruksiya dəyişikliyi edən və digər yol hərəkəti qaydalarını pozaraq hərəkət iştirakçıları üçün təhlükə yaradan sürücülər müəyyən olunub.

Polis əməkdaşları tərəfindən onlarla izahedici söhbətlər aparılıb və qaydaları pozan 15 sürücü barəsində inzibati protokol tərtib edilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Noyabr 2024

10 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR