İnsanlara hürriyət, millətlərə istiqlal!

Terimdən dünya futbolunu şoka salacaq TƏKLİF

"Əl Şabab"-ın baş məşqçisi Fatih Terim maraqlı açıqlaması ilə gündəmə gəlib.

Milli.Az türk mediasına istinadən xəbər verir ki, o, futbol dünyasını yenidən şəkilləndirə biləcək təklif irəli sürüb. Sarı vərəqə cəzası ilə bağlı danışan mütəxəssis oyunçunun vərəqə cəzasını çəkəcəyi matçın klub tərəfindən müəyyən edilməli olduğunu bildirib. Bu qaydanın tətbiqinin futbolsevərlərin sevimli oyunçularını ən yaxşı matçda izləmələrinə imkan yaradacağını qeyd edib.

"KLUB TƏRƏFİNDƏN MÜƏYYƏN EDİLMƏLİDİR"

"Bir mövsüm ərzində 4 və ya onun qatına çatan sarı vərəqə sayına çatmış futbolçular cəzalarını komandalarının növbəti 4 matçından birində çəkə bilərlər. Oyunçunun bu cəzanı hansı matçda çəkəcəyini öz klubu müəyyən etməli, Futbol Federasiyasına isə bu barədə matçın ertəsi günü məlumat verilməlidir. Əgər bu vəziyyət 4 həftə qalmış baş verərsə, qalan matçlardan biri seçilər. Bu, hər kəsin məmnun olacağı və heç kəsin şübhə altında qalmayacağı bir nümunə olar. Beləliklə, hakimlər də təzyiqdən təsirlənmədən daha rahat şəkildə matç idarə edərlər".

Fatih Terimin bu təklifi geniş müzakirələrə səbəb olub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR