Onlayn ictimai-siyasi qəzet
1 sentyabr parlament seçkiləri ilə bağlı təşviqat kampaniyası davam edir. Namizədlərin seçicilərlə görüşləri ilə bağlı ölkə mediasında məlumatlar dərc olunur.
Ölkənin seçki mühitində xüsusi diqqət çəkən 70 saylı Neftçala seçki dairəsindən Vətəndaş Həmrəyliyi Partiyasının deputatlığa namizədi, VHP sədrinin müşaviri, Azərbaycan Türkiyə Evinin rəhbəri Tənzilə Rüstəmxanlının apardığı təşviqat kampaniyasıdır.
Belə ki, T.Rüstəmxanlının seçki qərargahından verilən məlumata görə, təşviqat kampaniyasının ilk ongünlüyündə 15 yaşayış məntəqəsində görüş keçirilib.Üst-üstə 30-a yaxın seçki məntəqəsinin ərazisini əhatə edən bu görüşlərdə seçicilərlə birbaşa ünsiyyət qurulub.
70 saylı Neftçala seçki dairəsinin 49 məntəqədən ibarət olduğunu nəzərə alsaq, demək, 10 gün ərzində dairənin dislokasiya ərazisinin böyük əksəriyyəti əhatə olunub. Bu statistikanı ölkə üzrə ən yüksək göstərici hesab etmək olar.
Seçki qərargahından verilən məlumata görə, növbəti 10 gün üçün də təşviqat kampaniyasının iş planı hazırlanıb və kampaniya ərzində bütün kəndlərdə seçicilərlə görüşüləcəyi bildirilib.
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ