İnsanlara hürriyət, millətlərə istiqlal!

Tehran Təbrizdən QİSAS aldı

Mayın 18-i İran Premyer Liqasının 22-ci mövsümünün yekun oyunları çərçivəsində Tehranın "İstiqlal" futbol komandası ilə Təbrizin "Traktor" komandasının qarşılaşması olub.

Musavat.com Axar.az-a istinadən xəbər verir ki, qalmaqallı qarşılaşma "İstiqlal"ın 7-1 hesablı qələbəsi ilə başa çatıb.

İranın bir sıra media orqanları bundan öncəki qarşılaşmada "Traktor"un "İstiqlal" üzərində 2-1 hesablı qələbəsinə toxunaraq, Təbriz komandasının məğlubiyyət xəbərini "Tehranın Təbrizdən ağır qisası", "Azadi stadionu “Traktor”çuların xəyallarının qətlgahı" və başqa bu kimi başlıqlar altında dərc ediblər.

Həmçinin, dünənki qarşılaşmada "Traktor" komandasının 5 zədəli oyunçu ilə meydana çıxması mübahisə və müzakirələrə səbəb olub.

Qeyd edək ki, Premyer Liqanın 22-ci mövsümün sonunda Tehranın "Perspolis" komandası 66 xalla birinci, İsfahanın "Sepahan" komandası 65 xalla ikinci, Tehranın "İstiqlal" komandası 62 xalla üçüncü və Təbrizin "Traktor" komandası 52 xalla dördüncü yerləri tutublar.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

27 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR